İdman

Abbasov erməni dünya çempionuna qalib gəldi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Bu gün yunan-Roma güləşi üzrə yarışa start verilib. Beş güləşçimiz döşək üzərinə çıxıb.

İslam Abbasovun təsnifat mərhələsində almaniyalı Denis Kudlanla görüşü 1:1 hesabı ilə nəticələnib. Qələbə idmançımıza verilib. Abbasov 1/8 finalda Rusiya təmsilçisi Davit Çakvetadzedən üstün olub – 2:1. O, 1/4 final mərhələsində ermənistanlı dünya və Avropa çempionu Maksim Manukyana heç bir şans verməyib – 6:1. Abbasov yarımfinalda Belarus təmsilçisi Mikalay Stadubla qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Bakıda veloyürüş keçirilib

admin

Türkiyə klubundakı məşhur məşqçi istefa verdi

admin

“İnter” – “Fola: START HEYƏTLƏR

admin