Kateqoriyasız

Abdolbari Goozal “Qarabağ”ı ziyarət etdi – Fotolar

“Qarabağ”ın prezidenti Abdolbari Goozal bu gün Ağdam klubunu ziyarət edib.

İdmanxeber.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, ilk olaraq komandanın baş məşqçisi Qurban Qurbanovla görüşən klub prezidenti ilə 2019-cu ildə qeydə alınan nəticələr müzakirə olunub və növbəti ildə istər ölkə çempionatında, istərsə də Avropada daha uğurlu nəticələrə inandığını bildirib.

Daha sonra komandayla görüşən Abdolbari Goozal “Qarabağ”ın Avropa və dünyada tanınan bir klub olduğunu bildirib və növbəti ildə daha uğurlu nəticələr gözlədiyini futbolçulara çatdırıb. Goozal bəy futbolçularla tək-tək görüşərək ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında bu gün  “Keşlə”ylə keçiriləcək oyunda uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43