İdman

Abdolbari Gozal: “Bir-birimizə qol vurmaq əsas deyil…”

"Qarabağ" klubunun fəxri prezidenti Abdolbari Gozal komandanın çempionluğundan danışıb.

Klub başçısı İdmanxeber.com-a müsahibəsində kubokun Ağdama aparılıb-aparılmayacağına da aydınlıq gətirib:

Azərbaycanı Avropada təmsil etmək "Azərsun" üçün böyük şərəfdi.

– Azarkeşlər "Başqan, kuboku Ağdama apar" şüarları səsləndirdilər. Kubok Ağdama aparılacaqmı?

Bunu neçə dəfə müzakierə eləmişik. Biz Qarabağ üçün çalışırıq. Burdan oraya, ordan buraya gəzə bilməz. Biz enerjimizi itirəcəyik. "Qarabağ" Ağdamındı. Biz onlar üçün çalışırıq. Qarabağ adını yaşatmaq lazımdı.

– Komanda ÇL-in qrup mərhələsinə düşə bilmir. Bu il bu mümkün olacaqmı?

Biz bunun üçün çalışırıq. Azərbaycanda bir-birimizə qol vurmaq lazım deyil. Bizə avrokuboklarda uğur qazanmalıyıq. 

– ÇL-in qrup mərhələsinə düşmək üçün yaxşı transferlər olunmalıdı. "Azersun" olaraq bu il komandaya yeni transferlər üçün daha yaxşı pullar ayrılacaqmı?

Bizdə Armenteros var idio. Hollandiyada bombardirlər siyahısında gedir. Hər oyunçu adaptasiya ola bilmir. İlk növbədə komanda kimi formalaşmaq lazımdı.

– Futbolçular bu il çempionluqun daha çətin olduğunu bildirdilər. Sizcə də, son 4 ildə ən çətin çempionluq bu oldu?

Azərbaycan klubları güclənib. "Qəbələ" kimi komanda var idi. Ancaq belə iddialı komandalar daha çox olsa yaxşıdı. Çempionluq asan olmadı.

– Naxçıvanda "qızıl dubl etmək mümkün olacaqmı?

Top yumrudu. Mən necə olacağını indidən deyə bilmərəm. Uğur qazanmaq üçün gedəcəyik.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43