08 Sentyabr 2024
Ölkə futbolu

Abdullah Zubir “Qəbələ” görüşünü niyə buraxıb?

Abdullah Zubir “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış oyununda “Qəbələ”yə qarşı görüşü buraxıb.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb futbolçunun özünü narahat hiss etməsidir. Xəstələnən yarımmüdafiəçinin durumunun ciddi olmadığı bildirilib. O, komanda ilə Qəbələyə gətirilməyib.

İkinci hissəsi davam edən “Qəbələ” – “Qarabağ” görüşündə hesab qonaqların xeyirinədir – 0:1

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43