18 Yanvar 2022
Kateqoriyasız

Abdullayev baş məşqçi təyin olundu

Səbail” klubunun U-13 komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.

Bir neçə gün öncə sözügedən komandanı çalışdıran Mahmud Əhmədov postundan ayrılıb.

2018-ci ildən etibarən “Səbail”in U-9, U-10, U-11, U-12 və U-13 komandalarında baş məşqçi vazifəsində çalışan gənc mütəxəssisin klubla müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. O, bundan sonra “Neftçi”də çalışacaq.

“Səbail”in U-13 komandasının yeni baş məşqçisi isə Elnur Abdullayev təyin olunub. Hansı ki, o, bu vaxta qədər “dənizçilər”in U-14 komandasında köməkçi məşqçi kimi çalışırdı.

Xatırladaq ki, Elnur Abdullayev futbolçu karyerası dönəmində “Turan”, “Neftçi”, “Bakı”, “Olimpik”, “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”, “İnter” (indiki “Keşlə”) və “Sumqayıt”da forma geyinib.

Newsport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” “Qarabağ”ı belə məğlub etdi – VİDEO

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Şahin Diniyev: “Kirayə pulunu vaxtında verirdi deyə, həmin qadından şübhələnməmişdim”

admin