Kateqoriyasız

“Aberdin”i “Qarabağ”a rəqib etdi, Bakıya üzgün gəldi

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Şotlandiyanın “Aberdin” klubu Bakıya ciddi itki ilə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, komandnın əsas üzvlərindən sayılan Rayan Heces dizindən zədəli olduğu üçün heyətə daxil edilməyib. İslandiya “Breydablik”i ilə cavab matçında dubl edərək “Aberdin”i “Qarabağ”a rəqib edən 26 yaşlı hücumçu görüşü buraxacaq.

Qeyd edək ki, avqustun 19-u  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı avqustun 26-sı Şotlandiyada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43