Milli komanda

Abışov Reynaldonun milliləşdirilməsinə belə münasibət bildirdi: “Elin gözü tərəzidi”

“Rusiyada Azərbaycan futbolunun imicinə zərbə vurduq. Əvvəlki oyunlarda ruslara qarşı yaxşı çıxış etmişdik. Düşünürəm ki, hansısa kartlarımızı Rusiyada gizli saxladıq. Çünki qarşıdan Bolqarıstanla vacib oyun gəlirdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan milli komndasının futbolçusu Ruslan Abışov deyib.

Abışov milliyə legionerlərin dəvət olunmasına da münasibət bildirib:

“Bu haqda heç nə deyə bilməyəcəm. Elin gözü tərəzidi. Bununla bağlı baş məşqçi və assosiasiya rəhbərliyi qərar verir. Futbolçu kimi komanda yoldaşlarıma hörmət edirəm. Düzdü, Reynaldo və Riçard Almeyda kimi futbolçuların yığmamıza dəvət olunması komandamızın gücünə güc qatardı”.

Millimizin üzvü Bolqarıstanla matçın vacibliyindən danışıb:

Bakcell Arena”da keçirdiyimiz oyunlarda heç vaxt uduzmamışıq. Ümidvaram ki, ən azı bu ənənəni davam etdirəcəyik”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43