Ölkə futbolu

Abışovsuz “Rubin” məğlub oldu

Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Kazan təmsilçisi səfərdə "Volqa"nın qonağı olub. Maçt ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü Ruslan Abışov zədəli olduğu üçün bu oyunun iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, "Rubin"16 xalla turnir cədvəlinin 10-cu pilləsindədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43