Dünya futbolu

Abramoviç kisənin ağzını açdı – 165 milyon

Cari mövsümdə uğursuzluğa düçar olan “Çelsi” rəhbərliyi artıq yeni mövsümün planlarını qurmağa başlayıb.

İdmanxeber.com-un məlumatına görə, dünən London təmsilçisinin sahibi Roman Abramoviçin rəhbərliyi altında klubdaxili iclas keçirilib. Rusiyalı biznesmen vəziyyətdən narazı qaldığını söyləməklə yanaşı, klubun bir sıra yüksək vəzifəli şəxslərinə xəbərdarlıq edib. Bir sıra vacib tapşırıqlar verən Abramoviç ən qısa zamanda komandaya yeni mövsümdən rəhbərlik edəcək baş məşqçinin tapılmasını istəyib.

O, həmçinin klubun yeni mövsüm üçün transfer büdcəsini də açıqlayıb. “Zadəganlar” yay transfer pəncərəsində 165 milyon avro xərcləyə biləcəklər. “Çelsi”nin sahibi heyətdəki oyunçuların satılacağı təqdirdə, onların transferindən qazanılacaq pullarla yeni oyunçuların alınmasına da icazə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43