Dünya futbolu

AÇ 2020 – Bakıda keçiriləcək oyunların vaxtı açıqlandı

AFFA AÇ 2020-nin Bakıda keçiriləcək oyunlar üçün bilet satışına iyunun 12-də start veriləcəyini açıqladı.

Bu barədə federasiyanın rəsmi saytında Avropa çempionatının başlamasına 500 gün qalması ilə bağlı yerləşdirilmiş yazıda məlumat verilib.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43