Ölkə futbolu

“Açığı, Berti Foqtsun təbliğ etdiyi futbol bir o qədər də xoşuma gəlmir”

“Qəbələ”nin qapıçılarla işləyən məşqçisi Dimitri Kramarenko Azərbaycan – Rusiya oyunu öncəsi qonşu ölkə mətbuatına maraqlı açıqlamalar verib.

Çalışdırıcı millimizin sabahkı oyunu haqda danışıb:

 “Düşünürəm ki, Rusiya artıq əsas tapşırığın öhdəsindən gəlib. Düzdü, rəsmiləşməyib, ancaq Portuqaliyanın İsraillə heç-heçəsindən sonra qrupda ikinci yeri tutmaq ehtimali milyonda birdir. Baş məşqçi və futbolçular yaxşı bilirlər ki, arxayınlaşmaq olmaz”. “Rusiya ilə Azərbaycan oynayanda kimə azarkeşlik edəcəksiniz?” sualına Kramarenko belə cavab verib: “Heç kimə. Açığı, Berti Foqtsun təbliğ etdiyi futbol bir o qədər də xoşuma gəlmir. Düşünürəm ki, onun 5 ildən artıq burada olduğu müddətin nəticəsi kimi hücumda daha maraqlı oynamaq olardı. Ancaq yığma evdə də topu öz cərimə meydançasından uzaqlaşdırmaq üçün hara gəldi vurur”.

Dima Foqtsun Azərbaycan millisindən ayrılması məsələsinə də toxunub: “Bu cür sual dəfələrlə qoyulub. Mən özüm də soruşmuşam ki, niyə ona həmişə güvənirlər. Axı onun dönəmində nəticələrdə nəzərə çarpacaq bir şey yoxdu. Amma 8 xal rekordu və sonuncu oyundan sonra Azərbaycanda onunla müqavilənin yenilənəcəyinə dair söhbətlər getməyə başladı. Ancaq hesab etmirəm ki, bir oyuna görə qiymət vermək olar. Üstəlik, biz bir ildən çox idi ki, evdə qalib gələ bilmirdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43