Dünya futbolu

Acun Ilıcalı Premyer Liqa klubunu satın alır

Türkiyəli iş adamı Acun Ilıcalı daha bir klub almaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, məşhur iş adamı İrlandiyanın “Dandolk” klubu ilə maraqlanır. Ilıcalının vəkillərinin artıq qarşı tərəflə təmasa keçdiyi bildirilir.

“Hall Siti” klubunun sahibi buradakı gənc futbolçuların yetişməsi üçün İrlandiya Premyer Liqa təmsilçisini yaxşı fürsət kimi görür. O, oyunçuların “Dandolk”da yaxşı təcrübə qazanıb, formaya düşməsi üçün sözügedən klubu da satın almaq istəyir.

“Dandolk” ölkəsinin ən uğurlu ikinci klubudur. Komanda İrlandiya Premyer Liqasında 14 dəfə çempion olub.

Xatırladaq ki, Acun Ilıcalı “Hall Siti” klubunu 24 milyon avroya satın almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43