Dünya futbolu

Ad günün mübarək, “BOSS”!

Bugün həm də futbol aləmində adını qızıl hərflərlə yazdırmış, “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusonun doğum günüdür. Keçmiş çalışdırıcının 72 yaşı tamam olur.

İngiltərədə əldə etdiyi nailiyyətlərə və idarəçiliyinə görə “BOSS” ləqəbi ilə tanınır. Onun adı ilə bağlı məşhur deyimlərdən biri də “Ferqi taym”dır. Çox vaxt komandası 1,2 və ya 3 top geridə olsa da məşqçilik bacarığı sayəsində, son saniyələrə qədər nəinki hesabı bərabərləşdirmişdi, hətta önə də çıxarda bilmişdi. Çox maraqlıdır ki, futbol vaxtının son dəqiqələrində belə uğur qazana bilən insan, hətta ilin son günündə dünyaya gəlmişdi.

Ferqyuson başçılıq etdiyi “Mançester Yunayted” Premyer Liqanın (13 dəfə), Federasiya Kubokunun (5), Liqa Kubokunun (4), Super Kubokun (10), UEFA Çempionlar Liqasının (2), UEFA Kuboklar Kubokunun (1), UEFA Super Kubokunun (1), UEFA İntertoto Kubokunun (1) və klublararası dünya çempionatının (1) qalibi olub.

İngiltərə Çempionu: 1993, 1994, 1996, 1997, 1999, 2000, 2001, 2003, 2007, 2008, 2009, 2011, 2013;

İngiltərə Kuboku: 1990, 1994, 1996, 1999, 2004;

Liqa Kuboku: 1992, 2006, 2009, 2010;

İngiltərə Super Kuboku: 1990, 1993, 1994, 1996, 1997, 2003, 2007, 2008, 2010, 2011;

Şotlandiya Çempionu: 1980, 1984, 1985;

Şotlandiya I divizyonu: 1977;

Şotlandiya Kuboku: 1982, 1983, 1984, 1986;

Şotlandiya Liqa Kuboku: 1986;

Çempionlar Liqası: 1999, 2008;

Kuboklar Kuboku: 1983, 1991;

Avropa Super Kuboku: 1991;

Qitələrarası Kubok: 1999;

Klublararsı Dünya Çempionatı 2008;

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) versiyasına görə, 1999-cu və 2008-ci ilin ən yaxşı məşqçisidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43