Dünyadan

Adebayor “Beşiktaş”a keçir

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” hücumçu axtarışlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “qara qartallar” Emanuel Adebayor ilə razılağa gəlib. Məlumata görə, tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.

Azad agent olan toqolu futbolçu sonuncu dəfə 2015-2016 mövsümündə İngilətərə Premyer Liqasında mübarizə aparan “Kristal Palas”ın şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43