Dünyadan

Adebayor rəsmən Türkiyə klubunda

Tanınmış futbolçu Emmanuel Adebayor karyerasını Türkiyə klubunda davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, “Kristal Pelas”dan ayrıldıqdan sonra 33 yaşlı forvard “Başakşəhər”lə 1,5 illik müqaviləyə qol çəkib.

Buna qədər “Beşiktaş”ın təklifini rədd edən və karyerasını İngiltərədə davam etdirmək istəyən Adebayor, transfer pəncərəsinin son günündə “Başakşəhər”lə razılaşıb.

Qeyd edək ki, Emmanuel Adebayor karyerası ərzində “Monako”, “Arsenal”, “Mançester Siti”, “Real” və “Tottenhem” kimi nəhəng klubların formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43