İdman

Adebayor vəfat edən qardaşının oğlunu övladlığa götürdü

Türkiyənin “Başakşehir” klubunun futbolçusu Emmanuel Adebayor vəfat edən qardaşının oğlunu övladlığa götürüb.

İdmanxeber.com-un məlumatına görə, bunu 34 yaşlı toqolu hücumçu özünün şəxsi “Instagram” səhifəsində yazıb.

“Məni və mərhum qardaşım Piter Adebayoru tanıyanların nəzərinə çatdırıram ki, fotoda gördüyünüz onun övladıdır. Bu gündən onu böyük oğlum elan edirəm. Onun adı Emmanuel Adebayor-kiçidir”, futbolçu vurğulayıb.

Qeyd edək ki, bir neçə dəfə ailə üzvləri ilə problem yaşayan E.Adebayor karyerası ərzində Fransanın “Mets”, “Monako”, İngiltərənin “Arsenal”, “Mançester Siti”, “Tottenhem” və “Kristal Pelas”, eləcə də İspaniyanın “Real Madrid” klublarının formasını geyinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43