Ölkə futbolu

Adı millimizlə yanaşı hallanan baş məşqçi Premyer Liqa klubu ilə müqavilə imzalayır

Adı millimizlə yanaşı hallanan türkiyəli baş məşqçi Yılmaz Vural karyerasını İngiltərədə davam etdirə bilər.

Belə ki, təcrübəli baş məşqçi Premyer Liqada keçirilən “Arsenal” – “Sauthempton” matçını tribunadan canlı izləyib. Çılğınlığı ilə tez-tez gündəmə gələn mütəxəssisin “Sauthempton” rəhbərliyi ilə görüşdüyü bildirilir.

Türkiyə mətbuatına açıqlama verən Vural bu xəbəri təsdiqləsə də, danışıqlar apardığı klubun adını açıqlamayıb.

Qeyd edək ki, bir müddət öncə çalışdırıcının millimizin yeni baş məşqçisi olacağı xəbərləri yayılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43