Ölkə futbolu

Adil Şükürov: “Hər kəs yumruq olaraq birləşdi“

– Bütün “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm və onları təbrik edirəm. Komanda mübarizə apardı, döyüşdü. Üç xalı alın tərimizlə qazandıq. Yeni mərhələyə keçirik. Bizdən öndə olan rəqibi keçməyə çalışacağıq.

İdmanxeber.az məlumat verir ki, bu sözləri bu gün keçirilən “Qəbələ” – “Kəpəz” (0:1) görüşündən sonra keçirilən mətbuat konfrasında qonaq komandanın baş məşqçisi Adil Şükürov deyib. O, daha sonra uğurunuzun sirri nədədir sualını belə cavablandırıb:

“Rəhbərlikdən tutmuş, bütün işçilərə kimi hamının əməyi var. Hər kəs yumruq olaraq birləşdi. Bu gün bunun nəticəsini gördük. Bundan sonra yeni hədəflər var. Onlara doğru getməliyik”.

– “Kəpəz”ə baş məşqçi təyin olunmamışdan öncə bir neçə il işsiz qaldınız. Sizə qarşı haqsızlıq olduğunu düşünmürsüz?

– “Zirə”dəki ilk ilimdə gümüş medal qazandıqdan sonra mənim üçün böyük şans oldu. Həmişə əsas komandanın quruculuğunda düzgün yolda olmuşuq. Akademiya qurulmasında da işimizi davam etdirdik. Tovuzda, Naxçıvanda akademiyanln qurulmasında böyük rolumuz oldu. Vaxt itirdiyimi düşünmürəm. Əksinə, öz işimizi daha da yaxşılaşdırdıq. Küskünlüyüm yoxdur. Mənim üçün şans oldu ki, həm insanları tanıdım, həm də işimi təkmilləşdirdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43