Ölkə futbolu

Adil Şükürov: “Öz oyunumuzu diqtə etməyə çalışdıq”

“Zirə”nin “Göztəpə” ilə keçirdiyi hazırlıq matçı sonrası təmsilçimizin baş məşqçisi Adil Şükürov bunları deyib:

“Yaxşı komplektləşmiş komandaya qarşı oynadıq. “Göztəpə”nin özünəməxsus oyun üslubu olsa da, biz də öz oyunumuzu diqtə etməyə çalışdıq. Bəzi epizodlarda bu alınırdı. Ancaq yetərli səviyyədə olmadı. Oyunun əvvəlində yaxşı oynadıq. Ancaq qoldan sonra rəqib daha üstün idi. Yay hazırlığlnın səmərəli keçirdiyimizi düşünürəm. Türkiyə toplanışını da yüksək səviyyədə keçirdik. Bununla belə komanda hələ tam hazır deyil. Taktiki cəhətdən işlərimiz çoxdu. Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm”.

“Zirə” bugün səhər bərpa məşqi ilə Türkiyə toplanışını başa vuracaq. Gecə saatlarında isə komanda vətənə dönəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43