Premyer Liqanın 35-ci turu çərçivəsində bu gün “Zirə”ni qonaq edəcək “Kəpəz”də bir itki var.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubunun heyətində yalnız Georgi Papunaşvili zədə səbəbindən “qartallar”la matçı buraxacaq. Əvəzində ötən tur zədə səbəbindən “Neftçi” ilə oyunda iştirak edə bilməyən Mate Kvirkiviya və Vüsal Məsimov bugünkü matçda meydana çıxa bilər.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.