Ölkə futbolu

Adlar bilindi, atası balasına iş verdi – Premyer Liqa klubunda

Ötən gün “Səbail”in baş məşqçisi təyin olunan Şahin Diniyevin paytaxt klubundakı köməkçiləri bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Azər Məmmədov, Elmir Xankişiyev və Arif Əsədovun oğlu Fuad Əsədov Diniyevin köməkçiləri olacaq. Bundan başqa, Şahin Diniyev oğlu Kərim Diniyevi də yanına gətirib. O, da atasının yanında köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “dənizçilər” təcrübəli mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43