Ölkə futbolu

“Adolf Hitlerin 1941-1945 ci ildə Bakını işğal missiyasını AFFA-da Elxan Məmmədov Foqtsla bərabər gerçəkləşdirəcək”

“Neftçi”nin sabiq idman direktoru Güloğlan Cabbarov klublarda alman mütəxəssilərin üstünlük təşkil etməsində AFFA-nı günahkar bilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Kik-Boksinq Federasiyasının vitse-prezidentinin AFFA-nın ünvanına səsləndirdiyi sərt ittihamlarla sizi tanış edirik:

“AFFA almanlaşdırılır. Bu da yetmir, bütün klublara Aalman idman direktorları gətirilir. Belə getsə, Adolf Hitlerin 1941-1945 ci ildə Bakını işğal etmək missiyasını AFFA-da Elxan Məmmədov Foqtsla bərabər gerçəkləşdirəcək”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43