20 Sentyabr 2024
Ölkə futbolu

Adrian Mutu: “Deyirdilər ki, çətin olan vaxtda məni qovublar”

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis “ağ-qaralar”la vidalaşdığı dönəmi xatırlayıb:

“Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. O, dünyasını dəyişəndən sonra geri qayıtmayacağımı dedim. Onda futbola marağım qalmadı. Mübahisə etmədik və heç bir jest etmədim. 

Mən yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirdilər ki, çətin olan vaxtda məni qovublar. Amma belə deyil, belə olmayıb”.

Adrian Mutunun “ağ-qaralar”da müqaviləsi 2023-cü il dekabrın 24-də ləğv edilib. .


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43