08 Sentyabr 2024
Dünya futbolu

Adrian Mutunun yeni iş yeri bəlli oldu

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutunun yeni iş yeri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis ÇFR-ə rəhbərlik edəcək. Mutu istefaya göndərilən Andrea Mandorlinini əvəz edəcək.

ÇFR 22 turdan sonra 36 xal toplayıb və Rumıniya çempionatında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43