Müsahibə

Adrian Pit: “Kim az səhv etsə, o da qalib gələcək” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Pitin idmanxeber.com saytına müsahibəsi.

– İlk öncə toplanışla bağlı düşüncələrini öyrənmək istəyərdim.

Antalya təlim-məşq toplanışı mənim üçün pis keçdi. Çünki toplanışın çox hissəsini  zədəli oldum. Ancaq komanda üçün yaxşı keçdi, planlı əsasda çalışdıq.  Bu toplanış komandaya çox kömək edəcək.

– Fasilə bitir. Çempionatın qalan qisminə hazırsınızmı?

Bəli, bizim üçün kifayət qədər vaxt var idi. Deyə bilərəm ki, komanda çempionatın ikinci hissəsinə tam hazırdır.

– Bir müddət öncə zədələnmişdin. İndi vəziyyətin necədi?

Zədəm haqqında onu deyə bilərəm ki, Bakıya qayıtdıqdan sonra radiqorafiya hazırlayacam. Ondan sonra ayaq barmağımın necə olduğu bilinəcək.

– Mövsümə pis start götürdünüz və bunu çempionatın gedişatında demək olar ki, dəyişə bilmədiniz. Azarkeşlər bu dəfə sizdən nə gözləsin?

“Xəzər Lənkəran” indi turnir cədvəlində 8-ci pillədədir, əlbəttə ki, bu nəticə yaxşı deyil. Komandanın bu durmda olmağının səbəbi çox lazımsız xallar itirməyi oldu. Fasilədən sonra da çalışacağıq ki, yaxşı nəticələr əldə edək.

– Fasilədə 5 yeni futbolçu komandaya qoşuldu. Bunlar haqda sənin düşüncələrin…

Mən bütün günü hovuz və gimnastik zalda olduğum üçün yeni oyunçuları görə bilməmişəm. Amma əminəm ki,  onlar yaxşı formadadırlar və komandaya kömək edəcəklər.

– Komandanızı fasildən sonra çətin oyunlar gözləyir. Rəqib lider “Qarabağ”dı.

“Qarabağ” çempionatın güclü komandalarından biridir, həmçinin “Xəzər Lənkəran” da. Bu oyundada kim az səhv etsə, o da qalib gələcək.

– Əgər bu oyunda da uduzsanız “qatar”ın getdiyini düşünmək olarmı? 

Komandanın çempionluq şansları haqqında isə “Qarabağ”la oyundan sonra danışarıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43