Ölkə futbolu

AFFA 2 klubu çempionatdan uzaqlaşdırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara,  AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:

Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:

“Şahdağ” (Qusar)

1. İqrar Səmədov

2. Uce Cukenyere

“Rəvan” (Bakı)

1. Elvin Əliyev

2. Cəmşid Məhərrəmov

“Göyəzən” (Qazax)

1. Arzuman Vəliyev

2. Tunar Şahtaxtinski

“Energetik” (Mingəçevir)

1. Elvin Əlizadə

2. Kamran  Lalayev

3. Ruslan Həmidov

1. Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I Diviziondan kənarlaşdırılsın.

2.  Hər iki klub I Divizionda oyunların  50 %-dən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilsin.

3. I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.

4. Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.

5. Hakim – Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilsin.

6. “Şahdağ” FK-nın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43