Kateqoriyasız

AFFA 4 klubu cərimələdi

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasda yeni qərarlar qəbul edib.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, Premyer Liqada iştirak edən 4 klub cərimələnib.

Azərbaycan Premyer Liqasının 6-cı turunun “Səbail” – “Keşlə” oyununda (1:1) “meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” – “Sabah” matçında (1:0) “ağ-qaralar”ın yarımmüdafiəçisi Mamadu Kane eyni səbəbdən 1 oyunluq diskvalifikasiya olunub. Klubu isə buna görə 200 manat cərimələnib.

“Sumqayıt” – “Zirə” görüşündə (2:1) “gənclik şəhəri” təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə ödəyəcək.

Həmçinin həmin qarşılaşmada qonaqların yarımmüdafiəçisi Kərim Diniyev oyunun 90+3-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat məbləğində cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43