Milli komanda

AFFA ABŞ – Azərbaycan oyununu canlı yayımlamaq istəyən kanaldan 15 min manat istəyir

Mayın 27-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 07:00) San-Fransisko şəhərində keçiriləcək ABŞ – Azərbaycan yoldaşlıq oyununun televiziyada canlı yayımı ilə bağlı AFFA tender elan edir. 

İdmanxeber.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı canlı yayımlamaq istəyən televiziyalar aprelin 10-dək AFFA-ya müraciət edə bilər. Yayım hüququ (texniki xərc daxil deyil) 15 min manat təşkil edir. AFFA həmin televiziyanın əməkdaşının bütün səfər xərclərini ödəməyi və şərhçi otağı ilə təmin etməyi öz üzərinə götürür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43