Milli komanda Ölkə futbolu

AFFA açıqladı: Qurban Qurbanovdan sonra millimizi bu baş məşqçi çalışdıra bilər

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib.

İdmanxeber.az-ın xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, federasiya ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.

Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komanalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva “Lokomotiv”i, “Beşiktaş” və “Vest Hem”də Slaven Biliçin köməkçisi olub. Təcrübəli mütəxəssis son olaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43