08 Sentyabr 2024
Kateqoriyasız

AFFA azarkeşlərimizə İtaliya ilə oyun üçün pulsuz bilet verir

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Palermo şəhərindəki “Renzo Barbero” stadionunda İtaliya – Azərbaycan oyunu keçiriləcək. Sözügedən matçda AFFA-nın xətti ilə pulsuz bilet almaq istəyən millimizin xarici ölkələrdəki azarkeşləri, İtaliyada futbol oyunlarına bilet satışı ilə bağlı mövcud qaydaya uyğun olaraq, 7 oktyabr, Bakı vaxtı ilə saat 18:00-a (Mərkəzi Avropa vaxtı ilə saat 15:00) ad, soyad, ata adı və təvəllüdü barədə məlumatı [email protected] ünvanına göndərməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43