İdman

AFFA Azərbaycan – Norveç oyununda nə qədər qazandı?

AFFA-nın DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Norveç oyununda qazandığı məbləğ açıqlanıb.

İdmanxeber.com-un qrumun saytına istinadən yaydığı xəbərə görə, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçirilən görüşün bilet satışından 42 min 584 AZN  (ƏDV daxil) əldə edilib. 

Qeyd edək ki, millimiz Norveçlə oyunda 1:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43