l Divizion

AFFA cəzaları açıqlayıb

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 10-cu turunun “Şahdağ” – “Ağsu” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu İqrar Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Birinci divizionun 10-cu turunun “Turan Tovuz” – “Şərurspor” matçının 44-cü dəqiqəsində “Şərurspor”un futbolçusu Qadir Həşimli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Birinci divizionun 10-cu turunun “Mil-Muğan” – MOİK matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün klublar 80 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43