Kateqoriyasız

AFFA-da icraçı vitse-prezident vəzifəsi yaradıldı

Bu gün AFFA-nın növbədənkənar Konfransı keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Bulvar otel”də təşkil olunan yığıncağın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması olub. Həmçinin digər məsələlər də nəzərdən keçirilib.

Konfransda Nizamnaməyə aşağıdakı dəyişikliklərin edilməsi qərara alınıb:

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi

2. Hüquq təqibedici orqan anlayışının daxil edilməsi

3. Müvafiq müddətlərin müəyyənləşməsi

4. AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərin sayının artırılması

5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi

6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi

7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması

8. Digər dəyişikliklər

AFFA prezidenti Rövnəq Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FİFA və UEFA tələblərinə uyğunlaşdırıldığını bildirib. Bununla da Konfrans işini başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43