Kateqoriyasız

AFFA-da növbədənkənar konfrans olacaq: gündəlik açıqlandı

Yanvarın 8-i “Bulvar otel”də AFFA-nın növbədənkənar konfransı keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

– AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması;
– Digər məsələlər.

Növbədənkənar konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43