Kateqoriyasız

AFFA-da plan bəllidi: Foqts gedir, millimizin yeni baş məşqçisi də bəllidi

“Avro-2016″nın seçmə mərhələsində keçirdiyi 3 görüşün hamısında məğlub olan, Osiyekdə biabırçı hesabla yenilən millinin baş məşqçisi Berti Foqtsun postundan gedib-getməyəcəyi son günlərin ən aktual mövzusudu.

İdmanxeber.com Newsport.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis dekabrda postunu təhvil verəcək. Foqtsun gedişindən sonra boş qalan baş məşqçi postuna AFFA artıq namizəd tapıb. Belə ki, qurum “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeni milliyə gətirir. Gürcüstanlı mütəxəssis qışda əsas millinin başına keçəcək. Əslində Sxadadzenin bir müddət öncə “İnter”lə müqavilə yeniləməməsinin başlıca səbəbi bu idi. Lakin AFFA Foqtsla heç cür ortaq məxrəcə gələ bilməmiş və bu məsələ təxirə salınmışdı. Ancaq öncədən də qeyd etdiyimiz kimi, Xorvatiyada alınan acı məğlubiyyət AFFA-nı hərəkatə keçirib.

Sonda onu da qeyd edək ki, milliyə gələcəyi gözlənilən Qurban Qurbanov əsas milliyə bir neçə səbəbə görə “yox” deyib. Ağdam klubunun çalışdırıcısı AFFA qarşısında Riçard Almeyda və Reynaldonun milliləşdirilməsini və bunun müqabilində millinin baş məşqçisi ola biləcəyini bildirib. AFFA isə “Qarabağ”da uğurları ard-arda sıralayan Qurbanovun bu istəyini qəbul etməyib və Sxadadze variantı üzərində dayanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43