Milli komanda

AFFA-da yeni təyinat

Milli komandanın yeni baş məşqçisi Qurban Qurbanovun gəlişindən sonra əsas komandada ilk təyinat gerçəkləşib.

İdmanxeber.com-un məlumatına görə, futbol tariximizdə ilk dəfə olaraq millidə mətbuat katibi vəzifəsi yaradılıb.

AFFA-nın rəsmi Feysbuk səhifəsi xəbər verib ki, bu vəzifəyə Elman Himayətoğlu təyin edilib. Hazırda “Zirə”də mətbu katibi olan E.Himayətoğlu 1 Yanvar 2018-ci il tarixindən vəzifəsinin icrasına başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43