26 Yanvar 2020
Kateqoriyasız

AFFA daha 3 nəfəri futboldan uzaqlaşdırdı

AFFA danışılmış oyunlarla bağlı yeni açıqlama yayıb.

İdmanxeber.az qurumun saytına istinadən bildirir ki, “Qarabağ”ın sabiq oyunçusu Namiq Yusifov, “Səbail-2” komandasının sabiq oyunçusu Ceyhun Quliyev və “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı Kamran Əkbərovun bütün növ futbol fəaliyyətinə, futbol tədbirləri zamanı stadionlara girişinə qadağa qoyulub.

AFFA qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq belə qərar verib.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Oxşar xəbərlər

AFFA prezidenti təcili iclas keçirdi

admin

“Neftçi” hara, Avropa hara”

admin

Qurban Qurbanovun oğlu “Neftçi”ni cəzalandırdı

admin