Milli komanda

AFFA daha bir futbolçunu milliləşdirir: “Bu təklifi qəbul edəcəm”

Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un futbolçusu Sercan Kaya millimizin şərəfini qoruya bilər.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli futbolçu açıqlamasında Azərbaycan yığmasından təklif aldığını və bunu qəbul edəcəyini bildirib:

“Azərbaycan milli komandasından təklif aldım. Anamın atası azəri əsillidi. Bilmirəm hardan öyrəniblər, ancaq dəvət yolladılar. Mən də qəbul etməyi düşünürəm. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Keçmişdə Türkiyə millisinin müxtəlif yaş qruplarında oynadım, əlimdən gələni də etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm”  

Qeyd edək ki, Sercan Kaya karyerası ərzində “Bucaspor”, “Trabzonspor”, “1461 Trabzon” (icarə), “Rizəspor” klublarında da çıxış edib. O, 2008-ci ildə Türkiyənin U-20 millisinə də dəvət alıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43