Milli komanda

AFFA daha iki futbolçunu milliləşdirir

AFFA 17 yaşadək futbolçulardan ibarət yığmamıza daha 2 legioner gətirir.

İdmanxeber.com-un məlumatına görə, “Trabzonspor”un gənc üzvləri Doğukan Öksüz və Murat Cem Akpınar millimizin şərəfini qoruyacaq.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, baş katib Elxan Məmmədov “Trabzonspor” rəsmisi Sədi Təkəlioğluna müraciət edərək, Öksüz ve Akpınar üçün danışıq aparıb.

Sözügedən oyunçuların Türkiyənin müvafiq yaş qruplarından ibarət yığmasına çağırılmama ehtimalını da nəzərə alan Təkəlioğlu təklifə müsbət cavab verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43