Kateqoriyasız

AFFA-dan əvəzetmə sayı ilə bağlı açıqlama

AFFA çempionat oyunlarında əvəzetmə sayının 5-ə yüksəldilməsi ilə bağlı açıqlama yayıb.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, açıqlamada AFFA-nın daha öncədən əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FİFA-ya müraciət etdiyini xatırladılıb.

“Məlumata görə, AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FİFA-ya eyni məzmunlu müraciət edib. AFFA-ya bu gün daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir.

Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq” – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, AFFA daha öncə Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43