Ölkə futbolu

AFFA-dan AZAL-ın futbolçusuna 3 oyunluq cəza

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan  Premyer Liqasının XXI turunun “Kəpəz” – AZAL matçının video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

Oyunun 64-cü dəqiqəsində AZAL klubunun 44 №-li futbolçusu Alamadine Omega Roberts rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

Hakimlər Komitəsi hakim haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43