27 Noyabr 2020
Kateqoriyasız

AFFA-dan hakimi söyən məşqçiyə sərt cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Aparılan müzakirələrdən sonra I Divizionun 2-ci turu çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

MOİK – “Turan Tovuz” oyununda MOİK-in baş məşqçisi Ramil Əliyev görüşün 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Sabah-2” – “Kəpəz” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Novruz Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala”nın futbolçusu Roini İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Keşlə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Avropa Liqasının açılış mərasimində ingiltərəli müğənni

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda ?

admin

Dabo qırmızı aldı, meydanı tərk etmədi

admin