27 Fevral 2024
Ölkə futbolu

AFFA-dan hakimi vuran futbolçuya ağır cəza

AFFA-nın İntizam Komitəsi “Səbail-2”nin futbolçusu Murad Məmmədovu cəzalandırıb.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə ,I divizionun IX turunun “Zaqatala” ilə ev oyununun 55-ci dəqiqəsində qırmızı vərəqə alan, lakin meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərən futbolçunun bu hərəkəti  5 oyunluq cəzaya layiq görülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43