Ölkə futbolu

AFFA-dan klublara cəza yağmuru

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul edilib.

Azərbaycan Premyer Liqasının XVI turunun AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Neftçi” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk və “Neftçi” klubunun məşqçisi Aleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə hər iki məşqçi 1 oyun cəzalanır, “Qəbələ” klubunun baş məşqçisi bu halı ikinci dəfə təkrarlandığı üçün klub  1600 manat, “Neftçi” klubu isə 800 manat cərimə olunub.

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə klublara daha ağır sanksiya tətbiq olunacaqdır.

Azərbaycan Premyer Liqasının XVI turunun “Zirə” – “Kəpəz” matçında “Zirə” klubunun 5,  “Kəpəz” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 28-ci dəqiqəsində “Zirə” klubunun 20 №-li futbolçusu Meza Colli və  oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 36 №-li futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır, klublar 1600 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43