Ölkə futbolu

AFFA-dan klublara pul cəzası

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 36-cı-sonuncu turun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

 

Misli Premyer Liqasında 36-cı turun “Zirə” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” 700 manat cərimə edilib.

“Zirə” – “Səbail” oyunu bitdikdən sonra meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Zirə”  1500 manat cərimə edilib.

“Zirə” – “Səbail” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib.

“Zirə” – “Səbail” oyununun 70-ci dəqiqəsində qonaq komandanın futbolçusu Valdemar Almeyda ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Səbail”  500 manat cərimə edilib.

Misli Premyer Liqasında 36-cı turun “Sumqayıt” – “Qəbələ” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” 700 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununun 90+5-ci dəqiqəsində meydan sahiblərinin tərcüməçisi Şahin Abdullayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt” 1000 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat cərimə edilib.

Misli Premyer Liqasında 36-cı turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Dieqo Valdez təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Neftçi”  3000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Neftçi”  4000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” 800 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi”  1000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyunundan əvvəl meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində qonaq komandanın futbolçusu Kahim Parris təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);

25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində “Sabah” klubunun 3 nömrəli futbolçusu Con İrasabal təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində qonaq komandanı futbolçusu Abdulax Xaybulaev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sabah” klubu 3000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda qonaq komandanın 3 futbolçusu qırmızı vərəqə aldığı üçün “Sabah” 3000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda qonaq komandnın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

 Misli Premyer Liqasında 36-cı turun “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43