Kateqoriyasız

AFFA-dan klublara pul cəzası

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 22-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Zirə” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Sabah” matçının 90+1-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanovun başı dərddə

admin

ABŞ-dan “Qarabağ”ı dəstəkləmək üçün gəldi

admin

Məsut Özildən Emeriyə sərt tənqid: “Vallah, sən məşqçi deyilsən”

admin