Kateqoriyasız

AFFA-dan klublara pul cəzası

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının II və III turlarında baş vermiş hüquq pozuntuları ilə əlaqədar bəzi qərarlar qəbul olunub.

II turun “Qarabağ”la ev oyununda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt”a 800 manat cərimə kəsilib.

Turun “Səbail” – “Turan Tovuz” matçında meydana kənar şəxslər daxil olduğu üçün ev sahibi klub 1600 manat ziyana düşüb.

III turun “Neftçi” ilə ev oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” klubu 800 manat cərimələnib. Bu klub həm də meydana kənar şəxslərin daxil olması səbəbindən 1600 manat ödəməli olacaq.

Bu cərimə “Sumqayıt”la və “Qəbələ” ilə qarşılaşmalarda eyni hal baş verdiyi üçün müvafiq olaraq, “Zirə” və “Kəpəz”ə də kəsilib.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqova isə hakimlərin işinə nümayişkaranə müdaxilə etdiyi üçün xəbərdarlıq olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43