Ölkə futbolu

AFFA-dan klublara pul cəzası

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Topaz Premyer Liqanın 16-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz Premyer Liqasının XVI turunun “Sabah” – “Qəbələ” matçının 25-ci dəqiqəsində  “Sabah”ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub Oyunun  90+5-ci dəqiqəsində “Qəbələ”nin rəsmi protokolda baş məşqçisi Zaur Haşımov  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat сərimə olunub.

Topaz  Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qarabağ” matçında  “Sumqayıt”ın 5 , “Qarabağ”ın  4 futbolçusu  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub..

Topaz  Premyer Liqasının XVI turunun “Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində  “Səbail”in futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz  Premyer Liqasının XVI turunun “Neftçi” – “Keşlə” matçında  “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43