Kateqoriyasız

AFFA-dan klublara “su cəriməsi”

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda 1-ci divizionun 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

1-ci divizionun 12-ci turunun “Sabah-2” – MOİK oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

12-ci turun “Zaqatala” – “Kəpəz” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Zaqatala” – “Kəpəz” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimələnir;

12-ci turun “Turan Tovuz” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 33 nömrəli futbolçusu Emil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;

12-ci turun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Qarabağ-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Qarabağ-2” klubunun 73 nömrəli futbolçusu Tolqar Yaqubov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;

12-ci turun “Qaradağ Lökbatan” – “Sumqayıt-2” oyununda hakimlər isti su ilə təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;

“Qaradağ Lökbatan” – “Sumqayıt-2” oyununda xərəkdaşıyan şəxslərin say limiti və topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;

“Qaradağ Lökbatan” – “Sumqayıt-2” oyununda “Qaradağ Lökbatan” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün klub 80 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43