Ölkə futbolu

AFFA-dan Masallı klubuna xəbərdarlıq

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, toplantıda Həvəskarlar Liqasının ½ final mərhələsinin “Ümüd” (Masallı) – “Liman” (Lənkəran) matçında baş verən xoşagəlməz olaylara hüquqi qiymət verilib.

Matçın 61-ci dəqiqəsində “Ümüd”ün futbolçusu Əli Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Qarşılaşmanın 68-ci dəqiqəsində “Ümüd”ün futbolçuları kütləvi intizamsızlıq göstərərək hakimlər briqadasını təhqir və fiziki təzyiq göstərməyə cəhd ediblər. Oyunun bərpası mümkün olmadığına və oyun yarımçıq dayandırıldığına görə “Ümüd” (Masallı) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43